37 Khojaly avenue, Demirchi Tower, 15th floor, Baku, Azerbaijan AZ1025

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-i – Qalaaltı avtomobil yolunun layihələndirilməsi

İşin adı: M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-i – Qalaaltı avtomobil yolunun layihələndirilməsi

Sifarişçi: “Azəravtoyol” ASC

İcra müddəti: 03.2015 - 10.2015

İşin həcmi:

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə  dövlət sərhədi avtomobil yolunun 115-ci km-i – Qalaaltı avtomobil yolunun ümumi  uzunluğu 21 km-dir. Layihələndirilən avtomobil yolu 3 hissədən ibarətdir.  I hissənin  uzunluğu   14.350 km, II hissənin  uzunluğu 5.140 km, III hissənin  uzunluğu isə 1.082km-dir. Yolun I hissəsində 4 ədəd körpü, 3 ədəd qovşaq və 18 ədəd dairəvi və düzbucaqlı borular layihələndirilib.

Layihələndirilən avtomobil yolunun yerləşdiyi ərazinin relyefi dağlıqdır və buna görə də, yolun  3km hissəsi qazmadan keçir. Qazmanın hündürlüyü böyük olduğundan qazmanın yamacı pilləli şəkildə həyata keçirilmişdir.