M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-i – Qalaaltı avtomobil yolunun layihələndirilməsi
İşin adı: M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-i – Qalaaltı avtomobil yolunun layihələndirilməsi
Sifarişçi: “Azəravtoyol” ASC
İcra müddəti: 03.2015 - 10.2015
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-i – Qalaaltı avtomobil yolunun ümumi uzunluğu 21 km-dir. Layihələndirilən avtomobil yolu 3 hissədən ibarətdir. I hissənin uzunluğu 14.350 km, II hissənin uzunluğu 5.140 km, III hissənin uzunluğu isə 1.082km-dir. Yolun I hissəsində 4 ədəd körpü, 3 ədəd qovşaq və 18 ədəd dairəvi və düzbucaqlı borular layihələndirilib.
Layihələndirilən avtomobil yolunun yerləşdiyi ərazinin relyefi dağlıqdır və buna görə də, yolun 3km hissəsi qazmadan keçir. Qazmanın hündürlüyü böyük olduğundan qazmanın yamacı pilləli şəkildə həyata keçirilmişdir.