37 Khojaly avenue, Demirchi Tower, 15th floor, Baku, Azerbaijan AZ1025

Kəlbəcər dəmir yolu xəttinin konseptual layihələndirilməsi

İşin adı: Kəlbəcər dəmir yolu xəttinin konseptual layihələndirilməsi

İcra müddəti: 07.2021 - 12.2021

İşin həcmi:

Variant 1

      Bu variantda Murovdağ silsiləsini keçmək üçün nəzərdə tutulmuş tunelin uzunluğu 13.6 km, dəmir yolu xəttinin uzunluğu təxminən 88 km təşkil edir.

Variant 2

       Bu variantda Murovdağ silsiləsini keçmək üçün nəzərdə tutulmuş tunelin uzunluğu 10.8 km, dəmir yolu xəttinin uzunluğu təxminən 83.5 km təşkil edir.

Variant 3

       Bu variantda uzunluqları 11.7 km və 12.1 km olmaqla iki tunel mövcuddur. Ümumilikdə dəmir yolu xəttinin uzunluğu 63.8 km təşkil edir.

Variant 4

       Bu variantda uzunluqları 9.9 km və 23.8 km olmaqla iki tunel mövcuddur. Ümumilikdə dəmir yolu xəttinin uzunluğu 96.9 km təşkil edir. Bu variantı digər variantlardan fərqləndirən ən müsbət cəhət isə ondan ibarətdir ki, dördüncü variant bütün variantlar içərisində strateji baxımından ən əlverişli variant hesab edilir. Dördüncü variantda nəzərdə tutulmuş dəmir yolu xətti Daşkəsən, Gədəbəy və Kəlbəcər rayonlarında yerləşən faydalı qazıntı yataqlarının yükdaşınması üçün ən əlverişli variantdır. Eyni zamanda, bu variantda layihələndirilən dəmir yolu xəttinin təminən 20+000 km-dən və ya 25+000 km-dən gələcəkdə Gədəbəy rayonuna birbaşa dəmir yolu xətti çəkilə bilər.