37 Khojaly avenue, Demirchi Tower, 15th floor, Baku, Azerbaijan AZ1025

Haqqımızda

Yüksək keyfiyyətli nəqliyyat və infrastruktur ölkəmizin iqtisadiyyatının mühüm hissələrindən biridir. Nəqliyyat və infrastruktur milyardlarla insanların gündəlik həyatında ən önəmli rol oynayır. Ölkə inkişaf etdikcə avtomobil yolları , dəmir yolları, körpü, tunel,bina və qurğular, liman və elektrik stansiyalarının ən yüksək keyfiyyətə ehtiyacı var. Böyük miqyaslı infrastrukturdan asılılıq artdıqca layihələndirmə nəinki bugünkü tələbatı, hətta gələcək inkişaf imkanlarını nəzərə almalı, ətraf mühitin təsirini minimuma endirməli və insanların həyat tərzinin yaxşılaşdırmasına kömək etməlidir. Bunun üçün də layihələndirmədə innovativ həllərin tətbiqinə böyük ehtiyac var. Biz bu cür imkanları müştərilərimizə təklif etməklə işimizin yüksək təhlükəsizliyinə, keyfiyyət və effektliliyinə daim nəzarət edirik.

Şirkətimiz 2009-cu ildən layihə qrupu şəklində fəaliyyət göstərib və bu müddət ərzində 100-dən çox avtomobil yolları, dəmir yolları, süni mühəndisi qurğular, körpü və tunellər kimi müvafiq nəqliyyat infrastruktur layihələrini həyata keçirmişdir. Fəaliyyət dövrümüzdə layihə qrupumuz böyüyərək kifayət qədər mühəndislik təcrübəsinə malik olub, bu da 2016-cı ildən layihə qrupumuzun şirkət kimi formalaşmasına səbəb olmuşdur.

“İNNOPRO” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya əsasında layihələndirmə işlərini yerinə yetirir və tikintinin, tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılmasına müəllif nəzarətini həyata keçirir.

Kataloqu  izlə

Xidmətlərimiz

Dəmir yollarının layihələndirilməsi

  • Dəmiryol stansiyalarının layihələndirilməsi
  • Kontakt şəbəkəsi cihazlarının layihələndirilməsi
  • Nəzarət - ölçü cihazları, yanğın mühafizə siqnalizasiya sistemlərinin layihələndirilməsi
  • Yüksəkgərginlikli elektrik enerjisinin ötürücü xətləri və qurğularının layihələndirilməsi
  • Avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi
  • Elektrik təchizatı sistemlərinin layihələndirilməsi

Avtomobil yollarının layihələndirilməsi

  • Magistral və şəhər yollarının layihələndirilməsi
  • Aerodromların uçuş-enmə zolaqlarının layihələndirilməsi
  • Eyni səviyyədə və müxtəlif səviyyədə kəsişmələrin layihələndirilməsi
  • Tikintinin təşkilinin layihələndirilməsi
  • Yol geyiminin konstruksiyalaşdırılması və hesablanması
  • Smetaların tərtib edilməsi

Bina və qurğuların memarlıq layihələndirilməsi

  • Bina, tikili və onların ətraf ərazilərinin abadlıq layihələri
  • İctimai bina və tikililərin layihələndirilməsi
  • Sənaye təyinatlı binaların layihələndirilməsi
  • Eskiz layihələrinin hazırlanması
  • Landşaft dizaynı və layihələndirilməsi
  • Mühəndis sistemlərinin layihələndirilməsi

Körpü, tunel və yolötürücülərinin layihələndirilməsi

  • Körpü və tunellərin layihələndirilməsi
  • Su ötürücü boruların layihələndirilməsi
  • Drenajların layihələndirilməsi
  • İstinad divarının layihələndirilməsi

Geodeziya və Geoloji-axtarış işləri

  • Mühəndis-geodeziya işləri
  • Mühəndis-geoloji axtarış işləri
  • Qruntların laboratoriya tədqiqatı

Konsaltinq

  • Dəmir yolları
  • Avtomobil yolları
  • Körpü, tunel və yolötürücüləri
  • Bina və qurğular

TƏCRÜBƏDƏN İNNOVASİYALARA

Layihələndirmə və konsaltinq

1. “İNNOPRO” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya əsasında layihələndirmə işlərini yerinə yetirir və tikintinin, tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılmasında konsaltinq xidmətini həyata keçirir:

  • Dəmir yolları
  • Avtomobil yolları
  • Körpü, tunel və yolötürücüləri
  • Bina və qurğular

2. Layihə sənədlərinin dövlət nəzarət orqanları ilə razılaşdırılmaları:

  • Ərazi İcra Hakimiyyəti
  • FHN Baş Dövlət Yanğın Nəzarəti Xidməti
  • Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  • Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
  • Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyi
  • Azərbaycan Dəmir Yolları QSC
  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

3. Texniki şərtlərdən irəli gələn  layihələndirmələr:

  • Su Təchizatı          - Azərsu ASC
  • Qaz Təchizatı        - Azərqaz ASC, Qaz İxrac idarəsi
  • Elektrik Təchizatı  - Azərenerji ASC, Azərişıq ASC
  • Rabitə bölməsi     - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
  • Özəl təşkilatlara məxsus kəsişmələr

Layihənin açar təslimatı – “İNNOPRO” MMC müştərilərə layihələndirmənin keyfiyyətli, vaxtında və büdcə çərçivəsində başlayıb və bitirməyə kömək edir. Tikinti konsaltinqi üzrə “İNNOPRO” MMC mütəxəssislərinin iştirakı investisiyalarınızın təhlükəsizliyi, işin keyfiyyətlə yerinə yetirilməsi və layihənin vaxtında tamamlanmasına zəmanətdir. Təşkilatımız layihə-smeta sənədlərinin Azərbaycan Respublikası FHN-nin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsindən ekspert rəyinin alınmasını təmin edir.